Ötən həftə Gürcüstanda siyasi böhran davam edib. Həftənin əvvəlində iqtidarın kompromisə hazır olduğuna dair müsbət mesajlar daxil olmağa başlayıb. Xüsusən, parlament sədri bildirib ki, müxalifətin növbəti görüşünə kimi iqtidar hamının qəbul edə biləcəyi konstruktiv təkliflər paketi hazırlayacaq. Parlament çoxluğunun lideri Mamuka Mdinaradze hətta yeniliyin çoxmandatlı dairələrə keçid olduğuna eyham vurub. Bu barədə “Qruziya Online” portalının müxbiri Gela Vasadze yazır.
Müxalifət liderlərinin cinayət təqibi

“Mtavari” telekanalının məlumatına görə, hökumət “Avropa Gürcüstanı” partiyasının liderlərindən biri Giqa Bokeriyanı, həmçinin “Atlantic Council Georgia” təşkilatının rəhbərləri David Sixarulidze və Bata Kuteliyanı həbs etməyə hazırlaşır. Bunun üçün 2011-ci ildə Gürcüstan Təhlükəsizlik Şurasının konsaltinq xidmətinə ayrılan vəsaitlə bağlı 2013-cü ildə qaldırılan cinayət işi yenidən açılacaq.
Vaji Qaprindaşvili işi

Məqalədə deyilir ki, aksiyaya hakim “Gürcü arzusu” partiyasının üzvü, Tiflis Şəhər Şurasının deputatı İrakli Kuxianidzenin “Facebook”-dakı statusu ilə bağlı yaşanan qalmaqal səbəb olub. Belə ki, deputat Qaprindaşvili ailəsini və həkimin özünü “ciddi məkrli təxribatda” ittiham edib. “Sənə deyirlər və özün də bilirsən ki, orada işğalçılar var və səni tutacaqlar. Amma yenə də qəsdən gedirsən... Bilirsən ki, ölkənin işğalçılara müqavimət göstərmək imkanları məhduddur və bütün bunlardan sonra ailən dövlətlə qarşı-qarşıya gələcək – ailən ya axmaqdır, ya da təxribatçı, sənin ananı...”, - Kuxinadze yazıb. Bu bəyanat ictimaiyyətin narazılığına səbəb olub və sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib.
Qaprindaşvili işi üzrə ictimaiyyət vahid mövqe sərgiləyir: iqtidar demək olar girov götürülən həkimi azad etmək üçün səy göstərmir. Bir məsələ də aydınır ki, Gürcüstan hökuməti gec-tez həkimin həbsdə qalmasına qərar verən hakim Fatimə Parastayevaya, habelə Vaji Qapriandaşvilinin qanunsuz saxlanılmasında əli olan vəzifəli şəxslərə qarşı beynəlxalq sanksiya tələb edəcək. Çox güman, bütün bunlar artıq başqa hökumətin başçılığı altında baş verəcək. Hərçənd siyasi piar cəhətdən belə bir addım indiki iqtidar üçün güclü gediş olardı.(Tərcümə: Xarici pressa)


Şərhlər