Menu

Krım qətnaməsi: Gürcüstan lehinə, Ermənistan əleyhinə, Azərbaycan isə səs verməyib

19.12.2019, 17:45
Krım qətnaməsi: Gürcüstan lehinə, Ermənistan əleyhinə, Azərbaycan isə səs verməyib

Dekabrın 18-də BMT Baş Assambleyasının iclasında Rusiya tərəfindən ilhaq edilmiş Krımda insan haqlarının müdafiəsi üçün qətnamə qəbul edilib. Qətnamə qəbul olunduğu andan qüvvədədir.

Burada ən maraqlı məqam hansıölkələrin, ələlxüsus da keçmiş sovet respublikalarının Rusiyanı tənqid edən bu qətnaməyə necə səs verməsi idi.

Qətnamənin lehinə 65, əleyhinə 23 ölkə səs verib. Əleyhinə səs verənlərin arasında Rusiyadan başqa Belarus, Ermənistan, Qırğızıstan, Qazaxıstan, Şimali Koreya, Çin, Venesuela və Suriya da var.

Əslində bu qətnamənin lehinə səs vermək Rusiyanın əleyhinə səs vermək sayılır. Bu ölkələrin sırasındaABŞ, Avropa İttifaqı, Kanada, Avstraliya, Yeni Zelandiya, İsrail, Monteneqro və bir sıra başqaları var.

Keçmiş sovet respublikalarından yalnız Gürcüstan və Moldova Rusiyanın əleyhinə olan bu qətnaməyə səs verməyə özündə cəsarət tapıb. Yeri gəlmişkənTürkiyə qətnamənin lehinə,İran əleyhinə səs verib.

83 ölkənin nümayəndəsi bitərəf qalıb. Amma Azərbaycan hətta bu kateqoriyada da görünmür. Onun adı nə lehinə, nə əleyhinə səs vermiş, nə də... bitərəf qalmışölkələrin sırasında yoxdur.

Bu isə səsvermə qaydalarına görə əsasən o hallarda baş verir ki, ölkə ümümiyyətlə məsələyə dair mövqe bildirmir, bildirmək istəmir və ya hər hansı səbəbdən mövqe bildirə bilmir.

Bu da qeyd olunmalıdır ki, BMT-nin səsvermə tablosundanTürkmənistan, Tacikistan və Özbəkistanın da Azərbaycanla eyni “taktikadan” istifadə etdiklərini göstərir.

BMT sənədlərində bu kateqoriyaya "səs verməyib" deyilir.

Qəbul olunmuş qətnamənin əsas müddəaları isə bunlardır:

Rusiyadan Krıma köçürülmələr və burdan zorla köçürülmələr yolu ilə Krımdakı demoqrafiyanı dəyişdirmək siyasətinə son qoyulmasının tələb edilməsi;

Krımda fəalların terrorizmə dəstək ittihamı ilə mühakimə olunmasının pislənməsi. (Söhbət həm də “Krım həmrəyliyi” ictimai birliyinin üzvlərindən gedir);

şəxsi mövqeyini bildirdiyinə görə saxlananların azad edilməsinin və onların təqibinin dayandırılmasının tələb edilməsi;

qanunsuz saxlanmış Ukrayna vətəndaşlarının dərhal azad edilməsinin və onların evlərinə qayıtmasının təmin edilməsinin tələb olunması;

kişilərin Rusiya ordusunda hərbi xidmətə çağırılması praktikasının pislənməsi;

Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi ilhaq edilmiş Krımda ukraynalıların və Krım tatarlarının insan haqlarının “daim pozulduğu” barədə bəyanat verib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu bəyanatı uydurma adlandırıb.

Sentyabr ayında BMT Krımda insan haqlarının pozulmasına dair baş katibin məruzəsini açıqlamışdı. Bu məruzədə yarımadada vətəndaş və siyasi haqların pozulmasının əsas aspektləri əksini tapmışdı. (Azadliq.org)

Şərhlər

adil 2019-12-19 20:19:47

niye axi rusdanqorxuruq ) qarabaq elden qediiiir ) qorxumuzdan sesde vermirik Ayib olsun ayib

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol