Menu

Ermənistanda qəzet redaksiyasına basqın edildi

19.12.2019, 21:55
Ermənistanda qəzet redaksiyasına basqın edildi

Dekabrın 19-na keçən gecə naməlum şəxslər Ermənistanın “Joxovurd” (Xalq) qəzetinin redaksiyasına basqın ediblər.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə nəşrin baş redaktoru Knar Manukyan məlumat verib.

“Burada hər şeyi alt-üst ediblər, mənim kabinetimdə xaos hökm sürür. Mənə elə gəlir ki, naməlum şəxslər nəsə axtarıblar. Bunun nə olduğunu deyə bilmərəm, lakin bu qarət cəhdi deyil, çünki bütün qiymətli əşyalar yerindədir”, - Manukyan bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol