Menu

AQTA daha bir quş əti emalı sexinin fəaliyyətini məhdudlaşdırıb

20.12.2019, 15:15
AQTA daha bir quş əti emalı sexinin fəaliyyətini məhdudlaşdırıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birgə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsində fiziki şəxs Babayev Ceyhun Rafiq oğluna məxsus quş əti emalı müəssisəsinə reyd keçirib.

AQTA-dan verilən məlumata görə, reyd zamanı müəssisənin antisanitar şəraitdə, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət etmədən və qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb.

Reyd zamanı heyvan mənşəli məhsulların və xammalının tədarükü, saxlanması və satışının mövcud qanunvericiliyin tələblərinə əsasən həyata keçirilmədiyi məlum olub.

Aşkarlanan faktlar əsasında qanuvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

Şərhlər

Aqa 2019-12-20 19:57:25

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə baqlı ğördüyü öşlər yarıtmazdır.BƏYƏNMƏDİYİMİZ SOVET dövründə bu məsələlərə dah cevik və təmiz yanaşılırdı.Bunların əlini qızışdıran nədir.BU SUALIN CAVABI DTX ARAŞDIRMALIDIR.Bu ğünlərdə aparılan əməliyatlar cox yerdə aparılsa xalq DÖVLƏTDƏN narazı QALMAZ.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol