Menu

Bakının iki polis bölməsinə yeni rəis təyin edilib

20.12.2019, 15:36
Bakının iki polis bölməsinə yeni rəis təyin edilib

Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi vəzifəsinə polis polkovnik-leytenantı Azər Məmmədov təyin edilib.

V.Eyvazovun digər əmri ilə polis mayoru Fərrux Bektaşi Sabunçu RPİ-nin 15-ci Ppolis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol