Menu

Bakı Şəhər Baş Polis İdarəsinin Kadrlar idarəsinə rəis təyin olunub

20.12.2019, 16:58
Bakı Şəhər Baş Polis İdarəsinin Kadrlar idarəsinə rəis təyin olunub

Bakı Şəhər Baş Polis İdarəsinin Kadrlar idarəsinə rəis təyin olunub.

"Report"un xəbərinə görə, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Fizuli Allahverdiyev rəis təyin təyin edilib.

F.Alahverdiyev DİN Baş Kadrlar idarəsində müxtəlif vəzifələrdə çalışıb. O, bu sahədə çalışan peşəkar kadrlardan hesab olunur.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a faktı təsdiqləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol