Menu

Qobustanda iki yük avtomobili toqquşub, ölən var

21.12.2019, 01:10
Qobustanda iki yük avtomobili toqquşub, ölən var

Qobustan rayonu ərazisində “Mercedes” markalı yük avtomobili və “KamAz” markalı yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol