Ümumdünya Səhiyyə Təşkilatı ilk dəfə olaraq kişilər arasında siqaret çəkənlərin sayında azalma qeydə alıb: Azərbaycanda bu göstərici hələ də kifayət qədər yüksək səviyyədədir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu gün yayımladığı hesabata görə, dünyada kişi tütün istifadəçilərinin sayı azalmaqdadır ki, bu da dünya hökumətlərinin tütünlə mübarizə səylərinin əhəmiyyətli nəticələr verdiyini göstərir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son iyirmi ildə tütün istifadəçilərinin ümumi sayı 2000-ci ildəki 1,397 milyarddan 2018-ci ildə 1,337 milyarda qədər - təxminən 60 milyon nəfər azalıb. Eyni zamanda, 2018-ci ildəki göstərici ilə müqayisədə 2020-ci ildə kişi siqaret çəkənlərin sayının 1 milyon, 2025-ci ilə qədər isə 5 milyon azalması gözlənilir.
Tütünə qarşı müabrizədə beynəlxalq təcrübə
Böyük Britaniyada siqaret qutusunun ən azı 1/3-ü və qutunun hər iki tərəfində xəbərdarlıq yerləşdirilir. Qutunun ön tərəfində, ağ fonda, böyük hərflərlə «Siqaret çəkmək öldürür» yazısı, arxa tərəfində isə tütün məmulatlarının törətdiyi müxtəlif fəsadlar haqqında məlumat yerləşdirilir.

Avstraliyada isə qutunun ön tərəfinin ən azı 1/3-də siqaretin səbəb olduğu xəstəliklər, arxa tərəfində (qutunun 90 faizini əhatə etmək şərti ilə) isə bu xəstəliklər nəticəsində ziyan görmüş bədən orqanlarının şəkilləri yerləşdirilir. Təbii ki, bu xəstəliklər haqqında ətraflı məlumat şəkilləri müşayiət edir. Bundan başqa, siqaret çəkməyi dayandırmaq istəyənlər üçün qaynar xəttin nömrəsi qutuların üzərinə yerləşdirilir.
Kanadada qutunun ön və arxa tərəflərində siqaretin törətdiyi fəsadlar, həmçinin cinsi zəifliyə səbəb olması barədə xəbərdarlıq yerləşdirilir.
Avstriya vəAlmaniyada isə siqaret qutusunun ön və arxa tərəflərində müxtəlif xəbərdarlıqlar yerləşdirilir. Bu xəbərdarlıqlar qutunun ən az 30 faizini əhatə etməlidir.
Türkiyədə də siqaret qutusunun ön və arxa tərəfində onun zərərləri və «Siqaret çəkmək öldürür» xəbərdarlığı yerləşdirilir.
Azərbaycana gəldikdə...
Azərbaycanda isəən kiçik şriftlərlə qutunun bir küncündə «Səhiyyə Nazirliyi xəbərdarlıq edir: Siqaret çəkmək sizin səhhətiniz üçün təhlükəlidir» sözləri yazılıb. Bir çox qutuda isə «Səhiyyə Nazirliyi xəbərdarlıq edir» məlumatı çox kiçik şriftlərlə, görünməz şəkildə yazılıb. Xəbərdarlıqlar bəzən açıq fon üzərində açıq rənglərlə yazılır.

Şagirdlər və gənclərlə siqaretin dəhşətli zərərli təsirləri, ondan xilas olmanın heç zaman gec olmaması barədə, sadəcə güclü iradə ilə buna cəhd etmələrinin vacibliyi ilə bağlı danışan Q.Paşayeva bildirib: “Ölkəmizdə də insanlar arasında, xüsusilə gənclər arasında siqaretdən istifadə edənlərin artması hamımızı ciddi narahat etməli və gənclərimizin bu zərərli vərdişə meyillənməməsi istiqamətində səylərimizi daha da artırmalıyıq. Biz gənclərimizin tütün məhsulları, narkomaniya, alkoqolizm kimi zərərli vərdişlərə tutulmamasına çalışmalıyıq”. Deputat onları bu zərərli vərdişdən xilas olmaq üçün düşünməyə və addım atmağa çağırıb. Siqaretin çəkmənin zərərlərindən danışan milllət vəkili Qənirə Paşayeva bu istiqamətdə maarifləndirmə və ictimai qınağın da önəmini xüsusi vurğulayıb.
"Siqaret əleyhinə sosial reklamların çatdırılma forması qüsurludur"

Ağasəlim Həsənovun sözlərinə görə, qeyd olunan reklam çarxında tütün əleyhinə təbliğat olsa da, bunun içərisində əks effektiv verə biləcək məqamlar var: “Ümumiyyətlə bu sosial reklamın içərisində qüsurlar var, çatdırılma forması qüsurludur. Bu reklamı başqa formada təqdim etmək olardı. Tütünün insan sağlamlığına zərəri barədə məlumat xarakterli ola bilərdi və ya hamilə qadının siqaret çəkməsinin fəsadları qeyd oluna bilərdi. Hesab edirəm ki, sosial reklamlar hazırlanarkən bunun məzmununa diqqət yetirilməlidir. Fikir vermək lazımdır ki, reklam antireklama çevirilməsin”.
AzPolitika info


Şərhlər
Bu problemin iki həlli yolu var.1.Siqaret cüzi qəpiklə deyil,manatla dəyəri artmalıdır. 2.Siqareti harada gəldi çəkənlərə qarşı çox sərt qanunlar qəbul edilib icra olunmalıdır.Çünki icra olunmayan qanun sadəcə söz yığınığıdır.