Menu

Daha 4 siyasi partiya növbədənkənar parlament seçkilərində iştirak edəcək

21.12.2019, 14:20
Daha 4 siyasi partiya növbədənkənar parlament seçkilərində iştirak edəcək

Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 19-a çatıb.

“Report” xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında daha dörd partiyanın – Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyasının və Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl 15 siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının, Vahid Azərbaycan Partiyasının, “Ana Vətən” Partiyasının, Azərbaycan Təkamül Partiyasının, Müsavat Partiyasının, Azərbaycan Sosial Rifah Partiyasının və Vəhdət Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı.

Şərhlər

Abdulla 2019-12-21 15:47:10

125 yerə 900 namizəd həddən artıq çox deyilmi? Bu çoxluq nədən yaranır? Ümumiyyətlə namizədlər sayı partiyalar üzrə bərabər paylansa bu spradvedlivo olar.Yoxsa bir partiya 100 nəfər,digəri 1-2 nəfərlə seçkidə ştirakı demokratik ola bilməz! BU gün kimi hamıya aydındır.Bir də bir partiyanın namizəd resursu yoxdursa,qaloçka xatirinə seçkidə iştirakıa can atmamalıdır. ltəsli0

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol