Menu

"ABŞ və Çin ticarət danışıqlarında nailiyyət qazanıblar" - Tramp

22.12.2019, 12:33
"ABŞ və Çin ticarət danışıqlarında nailiyyət qazanıblar" - Tramp

Birləşmiş Ştatlar və Çin ticarət danışıqlarında sıçrayışa nail olub və ölkələr arasında sazişin birinci hissəsi çox qısa zamanda bağlanacaq.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Floridada tələbələr qarşısında çıxış edən ABŞ prezidenti Donald Tramp bildirib.

"Biz Çinə qarşı ən sərt tədbirlər tətbiq etdik və nəticədə ticarət razılaşması üzrə sıçrayışa nail oldular", - deyə o qeyd edib.

"(Sənəd)...çox qısa zamanda imzalanacaq. Çin artıq milyardlarla dollara ABŞ-ın kənd təsərrüfatı məhsulunu alıb", - Ağ Ev rəhbəri vurğulayıb.

"Mən dünən Si Szinpinlə (Çin Xalq Respublikasının sədri - red) telefonla danışdım", - deyə Tramp əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol