Menu

Rauf Arifoğlu namizəd olacağı dairəni açıqladı – İqbal Ağazadə ilə yarışacaq

22.12.2019, 21:34
Rauf Arifoğlu namizəd olacağı dairəni açıqladı – İqbal Ağazadə ilə yarışacaq

Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu Milli Məclisə seçkilərdə iştirak edəcək.  

“AzPolitika.info” xəbər verir ki, bu barədə Rauf Arifoğlu özünün Facebook profilində xüsusi açıqlama ilə çıxış edib. “Bu gün seçki hüququmdan istifadə edərək, 35 saylı Xətai 3-cü Seçki Dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm. Bunun üçün lazım olan sənədləri səlahiyyətli nümayəndəm DSK-ya təqdim etdi”.

Xatırladaq ki, hazırda həmin dairəni Araz Əlizadə təmsil edir. Əvvəllər bir neçə dəfə bu dairədən deputat olmuş Ümid Partiyasının sədri İqbal Ağazadə də namizədliyini açıqlayıb.

R.Arifoğlu niyə məhz 35 saylı DSK-nı seçməsi haqda əlavə açıqlama verəcəyini bildirib.

“Bütün dostları, media ictimaiyyətini, Xətai 35 saylı 3-cü Seçki Dairəsində yaşayan Facebook istifadəçilərini dəstəyə səsləyirəm. Seçki təcrübəsi olan fəalları, siyasi texnoloqları, ziyalıları, gənc könüllüləri, tələbələri seçki qərərgahıma dəvət edirəm. Gəlin Azərbaycan üçün, demokratiya və haqlar uğrunda birgə çalışaq! Birlikdə Azərbaycanda ən nümunəvi bir kampaniya keçirdək! Yeni ilin ən gözəl hadisəsini bərabər hazırlayaq!”, - R.Arifoğlu əlavə edib.

“AzPolitika”

Şərhlər

veten dashı 2019-12-23 11:03:24

İqbal bəy dəyərli bir şəxsiyyət.

kamil 2019-12-23 05:05:52

Dezdomoma de gorum

Эльман 2019-12-23 03:35:52

... яддан чыхартмв

Elcin 2019-12-22 23:16:35

Demokratiya ucun ses vermek isteyirsinizse ancaq Iqbal Agazedeye ses verin

elxan 2019-12-22 23:03:17

cox ...adamdı ne

Omer 2019-12-22 23:01:44

Her iki qardasimiz ice ride olub ve menim musahidelerime gore deyisibler. Her ikisine ugurlar. Menden olsa yene araz

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol