Menu

Bakıda “KamAZ” ana və iki azyaşlı qızını vurub, ölən var

23.12.2019, 00:32
Bakıda “KamAZ” ana və iki azyaşlı qızını vurub, ölən var

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.“Report” xəbər verir ki, hadisə Nizami rayonu Elşən Süleymanov küçəsində qeydə alınıb.

Belə ki, yol keçmək istəyən 1979-cu il təvəllüdlü Həşimova Yeganə Füzuli qızını və onun övladları 3 yaşlı Həşimova Nazlı Ramin qızı və 4 aylıq Həşimova Alina Ramin qızını “KamAZ” markalı yük avtomobili vurub.

Hər üç yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıb. Lakin, 3 yaşlı Həşimova Nazlı Ramin qızı həkimlərin müdaxiləsinə baxmayaraq xəstəxanaya çatdırılan zaman yolda dünyasını dəyişib.

Həkimlərin müayinəsindən sonra Y. Həşimovaya sağ inci sümüyünün sınığı, H. Alinaya isə ayaqlarının əziyi diaqnozu qoyulub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. 

Şərhlər

vidadi goyce 2019-12-23 09:44:11

bu kamazlari qadagan etmek lazimdir

t.ədalət 2019-12-23 00:55:32

Sürücü ya nəşəli olub,ya da ki piyan.Yoxsa belə qəza törətmək olmazdı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol