Menu

"Əlimizdən gələni etmişik..." - Məzahir Pənahov

23.12.2019, 14:48
"Əlimizdən gələni etmişik..." - Məzahir Pənahov

"Seçki məntəqələri seçkilərin ən yüksək səviyyədə keçirilməsinə hazırdır. Son günlərdə bütün ölkə üzrə 5049 məntəqənin hamısı yoxlanılıb".

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanda seçkilərdə ilk dəfədir yeni nəsil şəxsiyyət vəsiqələri istifadə olunur.

MSK sədrinin sözlərinə görə, hər hansı çatışmazlığın olmaması üçün araşdırma aparılıb: "Yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ilə bağlı hələ ki, heç bir şikayət daxil olmayıb. Bizim hesablamalarımıza görə, heç bir problem çıxmamalıdır. Məlumatların oxunması üçün seçki dairələri və məntəqələrinə göndərilən qurğulardan istifadə çox sadədir. Ona görə ondan istifadə ilə bağlı heç bir problem ola bilməz. Amma seçkidə müəyyən maraqlı tərəflər olduğu üçün (bu dünyanın bütün yerlərində belədir) onlar müəyyən halları şişirdə bilərlər. Əlimizdən gələni etmişik ki, bu qurğuların istifadəsi ilə bağlı heç bir problem olmasın. Gəldiyimiz nəticə ondan ibarətdir ki, Azərbaycan seçicisinin öz Konstitusiya hüquqlarının həyata keçirilməsi üçün hər bir şərait yaradılıb".

Şərhlər

Kamal 2019-12-23 17:49:19

Əlinizdən bundan artıq heç nə gəlməz! Saxtakarlığa hesablanmış seçki!

Fazil 2019-12-23 17:27:38

..... saxtakarlıq gəlir.Bu hamıya məlumdur.

ejder 2019-12-23 14:53:16

SECKILERI SAXTALAWDIRANIN ATA BATASINA LEHNET

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol