Menu

Saat 17:00-dək ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

23.12.2019, 17:56
Saat 17:00-dək ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.

“Report”un xəbərinə görə, saat 17:00-dək olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. Burada 15792 nəfər (40.89%) səs verib.

Eyni zamanda seçici fəallığının ən aşağı olduğu dairə 37 saylı Nizami birinci (Gəncə) Seçki Dairəsidir. Burada 7778 (23.32%) nəfər səs verib.

Qeyd edək ki, Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 17:00-dək olan seçici fəallığı 30.57 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 1520133 nəfəri səs verib.

Şərhlər

Vətəndaş 2019-12-23 20:06:24

Secki saxta olub.Seçici iştirakı ortalama 8-12 faiz(müəllimlər,şagirdlərin bəzi valideyinləri və tibb işçiləri)) olub.Bu seçkidirmi?x

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol