Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 22-də saat 19 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Xalidə Əliyeva vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Şərhlər
Qəsəbəyə girişi-çıxışı nəzərdən keçirsələr hadisə zamanı hərəkətdə olan avtomobil asanca tapılar.