Menu

Türkiyə prezidenti Liviyaya hərbi kömək vəd edib - "Liviya ilə sazişdən imtina etsək..."

24.12.2019, 00:14
Türkiyə prezidenti Liviyaya hərbi kömək vəd edib -  "Liviya ilə sazişdən imtina etsək..."

«AzPolitika.info»nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə Cümhuriyyətinin (TC) prezidenti Rəcəb Tayyib Ərdoğan yerli hakimiyyətin xahişi ilə türk hərbçilərinin Liviyaya göndərilməsini istisna etməyib.

Bundan başqa, prezident Milli Həmrəylik Hökumətinə nəinki quru, həm də dəniz və hava qüvvələrinin dəstəyini vəd edib.

Ərdoğan Liviya ilə hərbi əməkdaşlıqdan imtinanı tamamilə istisna edib. Bu barədə Memorandum Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən də ratifikasiya olunub.

Prezidentin sözlərinə görə, Liviya Türkiyə üçün hər zaman əhəmiyyətli bölgə olub. Hətta Mustafa Kamal Atatürkün vaxtında belə. İlk növbədə, söhbət dənizə mühüm strateji çıxışlardan gedir.

«Əgər biz, Liviya ilə sazişdən imtina etsək, dənizə çıxmaq üçün bizə bircə liman da qoymayacaqlar. Hətta «qarmaq atmağa» da imkan verməyəcəklər. Yunanıstan və onu dəstəkləyənlər uzun müddətdir ki, Türkiyənin dənizə doğru bircə addım da ata bilməməsi üçün cəhdlər edirlər. Odur ki, qoy bizdən razılıq gözləməsinlər. Bizim susmaq və qorxaqlıq kimi siyasət yeitmək ənənəmiz yoxdur» - deyə, Ərboğan bəyan edib.

Bundan əvvəl Türkiyə prezidenti bəyan edib ki, Rusiyanın özəl hərbi şirkəti olan «Vaqner»in Liviyadakı davranışına «göz yummayacaq». Onun sözlərinə görə, rusiyalı muzdlular Həftarın komandanlıq etdiyi və özlərini “Liviya Milli Ordusu” adlandıran silahlılara dəstək verirlər.

Şərhlər

Elli 2019-12-24 11:41:42

İrəli Türk qardaşlarımız!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol