Menu

Bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb

24.12.2019, 09:24
Bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb

Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb.

“Report” xəbər verir ki, ilkin nəticələrlə MSK-nın “Seçkilər” İnformasiya Mərkəzinin saytında (infocenter.gov.az) tanış olmaq olar.

Qeyd edək ki, bələdiyyə seçkiləri ölkə üzrə 5049 seçki məntəqəsində keçirilib. 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilir. Seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb. Səs vermək hüququna malik 4 972 356 seçicinin adı seçici siyahısına daxil edilib. Dekabrın 23-də seçki məntəqələrində seçici fəallığı 32.72% faiz olub. Belə ki, səsvermə hüququna malik 4 972 356 seçicidən 1 627 064 nəfərinin səs verib.

Şərhlər

Nadir 2019-12-24 10:15:13

Seçkinin nəticələrinə hansı saytda baxmaq olar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol