Ağ Evin «əgər Ukraynaya hərbi kömək göstərilməsə, büdcəyə veto qoyulacaq» səciyyəli hədələrinə cavab olaraq, deputatlar büdcənin xərclər hissəsini bu bənd olmadan qəbul ediblər. ABŞ prezidenti Donald Tramp sənədi imzalayıb. Bu barədə «Washington Post» nəşri xəbər verib.
Söhbət ABŞ-ın müdafiə üçün Ukraynaya 45 gün ərzində ayırmaq istədiyi 250 milyon dollardan gedir. Bununla bərabər, məqalə müəllifi qeyd edir ki, əvvəllər kömək ayrılması üçün Tramp Zelenskidən özünün rəqibi Co Baydenə və oğluna qarşı təhqiqatların aparılmasını tələb etmişdi. Bu situasiya Trampın impiçmentinə cəhdlə nəticələnmşdi. Bu dəfə Ağ Ev tərəfindən bloklanmaya yol verməmək üçün demokrat-deputatlar onu ümumi büdcəyə daxil etməyə cəhd göstəriblər. Ancaq xəzinədarlıq başçısı və Ağ Evin hüquqi məsələlər üzrə müvafiq bölməsi bildirib ki, Ukraynanın maliyyələşdirilməsi elə məsələlərdəndir ki, onlar bu barədə güzəştə getməyə hazır deyillər.
Son nəticədə, demokratlar administrasiyanın tələbi ilə razılaşmalı və Ukrayna barədəki bəndi büdcə layihəsindən çıxarmağa məcbur olublar. Yoxsa, Ağ Ev büdcəyə veto qoya bilərdi və bu, ağır nəticələrə (hətta hökumətin işinin dayandırılmasına qədər!) səbəb olardı. Bu zaman, impiçment prosedurunun keçirildiyi bir vaxtda ABŞ hökuməti daha böyük xaosa qərq olardı.
AzPolitika.info


Şərhlər