Menu

36 milyon büdcəsi olan bələdiyyəyə 65 milyonluq seçki

24.12.2019, 17:04
36 milyon büdcəsi olan bələdiyyəyə 65 milyonluq seçki

"Ötən il 36 milyon manat büdcə gəlirləri olan bələdiyyələrə bu il dövlət büdcəsində 5,7 milyon manat dotasiya və subvensiya nəzərdə tutulduğu halda, dünənki seçkilərin keçirilməsi üçün 56,6 milyon manat Mərkəzi Seçki Komissiyasının, 8,6 milyon manat isə dairə seçki komissiyalarının və katibliyinin saxlanılmasına vəsait xərcləndi".

“AzPolitika.info” xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, dövlət büdcəsindən seçkinin təşkilinin maliyyələşdirilməsinə 65,2 milyon manat xərclənib.

Q.İbadoğlu hesab edir ki, belə seçkilərlə bələdiyyələri tamam gözdən salmaqdansa, seçki pullarını onların arasında bölüşdürməyin daha çox faydası olardı: "Bu vəsait bələdiyyələrin illik büdcəsindən 2,5 dəfə, gələn il doğulan bütün uşaqlara veriləcək birdəfəlik yardımın ümumi məbləğindən 4,5 dəfə çoxdur. Yəni həmin vəsaiti xərcləməyib uşaq puluna yönəltsəydik, hər bir yeni doğulan uşağa 200 manat deyil, 900 manat ödəmək mümkün olardı".

“AzPolitika.info”

Şərhlər

Kənar adam 2019-12-24 23:48:00

Seçki - seçki deyib camaatı özünüzə güldürməyin.

Vətəndaş 2019-12-24 21:19:45

Belə "seçkiyə" 65 milyon xərcləmək məsrəfçilikdir.AXı bu seçki olmadı ki! Nə namizədləri tanıyan oldu,nə seçki məntqələrinə gələn-Seçkidəə məntəqə işçiləri və təşkil edilmiş karusel,işdən qovulmaqla hədələnən müəllimlər və tibb işçiləri.Belə seçkilər keçirmək ölkəyə böyük ləkədir.Saxtakarlığa milyonlar xərcləmək haqlı olaraq insanları narazı salır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol