Metronun 28 may stansiyasının çıxışında yerləşən avtomobillərin parklama yeri ləğv olunub.
“AzPolitika.info”-nun əməkdaşı müşahidə edib ki, əraziyə polis əməkdaşları nəzarət edir, gələn avtomobillər başqa istiqamətlərə yönləndirilir. Parkinqin işçiləri də gözə dəymir. Yaxınlıqdakı dükanda çalışan işçilərdən biri əməkdaşımıza deyib ki, artıq bir neçə gündür parkalama yeri işləmir.
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi (BNA) ötən ay açıqlama yayaraq Bakıdakı parklama yerlərinin hamısının qanunsuz olduğunu bildirmişdi. Qurumun sözçüsü Mais Ağayevin sözlərinə görə, əvvəllər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan 423 parklanma yeri BNA-ya təhvil verilsə də, hələlik tariflər müəyyənləşməyib: “Tariflərin müəyyənləşdirilməsi üçün Nazirlər Kabinetinə müraciət olunub. Hazırda Nazirlər Kabinetində məsələyə baxılır. Bu yaxınlarda bizə rəsmi cavab veriləcəyi bildirilib”.
Bakı Şəhər icra Hakimiyyətindən “AzPoltika.info”-nun sorğusuna cavab olaraq, 2018-ci ilin aprel ayından etibarən bütün parklanma yerləri, dayanacaqlar və s. Bakı Nəqliyyat Agentliyinə (BNA) verildiyi bildirilmişdi. Qeyd olunmuşdu ki, BŞHİ-də parklanmaya cavabdeh qurum ləğv olunub.
Xatırladaq ki, adıçəkilən dövlət qurumlarının narazılıqlarına baxmayaraq, “ASA Holdinq” adlı biznes şəbəkəsi paytaxtda parklama fəaliyyətinə nəzarət edib, uzun müddət bu biznesdən külli miqdarda qanunsuz gəlir əldə edib. Bu fəaliyyət indinin özündə də bir çox ərazilərdə davam edir. Müvafiq qurumlar isə holdinqin qanunsuz fəaliyyətinə müdaxilə etməyib.
Görünür, indi qanunsuz pul yığımına etirazların artması aidiyyatı dövlət orqanlarını hərəkətə gətirib və onların fəaliyyətinə son verməyə cəhdlər edilir.
“AzPolitika.info”


Şərhlər
BNA və digər qurumlar məsuliyyəti üzərindən atır ki sürücülər pul verməsin bu cür pul yığan şəxslərə.. Sürücü 1 manata verməkdən imtina edib maşının orda həmin bu şəxslərin yanında qoyub gedib bilmir.. Dövlət nəzarəti olmalıdır..
Bu qanunsuz parkovşiklər camaatda həyasızcaslna pul tələb edirlər, camaatın