Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc 9 fevral 2020-ci il tarixində keçiriləcək parlament seçkilərinə qatılmaq barədə qərar verib.
Musavat.com-a verilən xəbərə görə, millət vəkili Z. Oruc namizədliyini 94 saylı Bərdə seçki dairəsindən irəli sürüb.
O bildirib ki, təmsil etdiyi müddətdə Bərdədə böyük inam, xeyirxahlıq, yüksək anlaşma görüb. Hər zaman seçicilər qarşısında daşıdığı məsuliyyətə sadiq qalmağa çalışıb. O bu illər ərzində Qarabağın mühüm tarixi bölgəsinin təmsil etməklə hər zaman qürur duyduğunu deyib və bunu mənəvi, həyati bir borc saydığını söyləyib.
Qeyd edək ki, bu günə qədər sözügedən dairədən 10-a yaxın namizəd var. Zahid Oruc bildirib ki, hər bir iddiaçıya hörmətlə, ehtiramla yanaşır, onları rəqib deyil, vətənimizin ləyaqətli övladları statusunda görür.
Zahid Oruc qarşıdakı 5 illik dövrdə çox mühüm təklifləri, planları seçicilərlə görüşlər əsasında irəliyə sürəcəyini və seçki qərargahı vasitəsilə aktiv kampaniya aparacağını bildirib.


Şərhlər
YAP üzvü olan şəxsin hansı haqla sərbəst namizəd irəli sürülə bilər? Əgər səni partiyan namizəd kimi görmürsə onda sən kənarda qalmalısan.Yoxsa bitərəf kimi özünü ortaya soxub milləti aldadacaqsan? Özü də kim sənə səs verəcək? Bunu düşünmüsən,yoxsa yenə saxta siyahiyə ümidlisən?
Bu nece ilde neynedinki millet ûcûn , indide namizedliyni verirsen ) axi dediler ki bu deputatlar .... tezeden deputat olmaq isdeyirsen
Bəs Zahid Oruc YAP-çı deyil? Qoy onu təmsil etdiyi partiyanın siyahisinə yazsınlar.Onun bitərəf kimi (yalan,o bitərəf deyil) qeydə alınması saxtakarlıqdıer.Bİr də ki, deputat olduğu zaman seçildiyi rayona hansı köməyi dəyib ki,yalandan əhalini özünə borclu çıxarmağa cəhd edir.t
Deməli,Z.Oruc da vəzifədən gedir.Yoxsa özünü deputatlığa namizəd verməzdi.Onun komandası taxtından düşdüyünə görə,görünür,işini ehtiyatlı görür.