Menu

“Passiv, ideyasız deputatlardan can qurtarmalıyıq” – Nurəddin İsmayıl

24.12.2019, 20:30
“Passiv, ideyasız deputatlardan can qurtarmalıyıq” – Nurəddin İsmayıl

“Təmsil olunduğum Azərbaycan Demokrat Partiyasının ümumi siyahısı üzrə qarşıdan gələn növbədənkənar parlament seçkilərində iştiraka qərar verdim”.

“AzPolitika.info” xəbər verir ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini, Nizami rayon 24 saylı Birinci Seçki Dairəsindən namizədliyi elan olunmuş Nurəddin İsmayıl seçki ilə bağlı açıqlamasında belə deyib. O, təqdim etdiyi sənədlər əsasında Nizami rayon 24 saylı Birinci Seçki Dairəsindən imza vərəqələrimi aldığını və yaxın günlərdə imazaların toplanması kampaniyasına başlayacağını açıqlayıb.

“Keçdiyim həyat yolu, zamanında dövlət strukturlarında təmsil olunmağım, siyasi fəaliyyətim dövründə əldə etdiyim təcrübə və təbii ki, ölkə həyatının bütün sahələrində başladılan yeniləşmələr məni bu seçkilərdə şanslı edən faktorlardır. Normal rəqabət mühiti olacağına əminliyimi ifadə etməklə adı çəkilən dairədən namizədliyi irəli sürülən bütün iştirakçılarla sivil qaydada rəqabət aparmağa, öz seçki platformamı ortaya qoymağa, mənə dəstək olan seçilərin etimadını doğrultmağa iddialıyam”, - N.İsmayıl bəyan edib.

ADP təmsilçisi əlavə edib ki, parlament hakimiyyətin mühüm əhəmiyyət daşıyan, onun qanunverici bazasını təşkil edən bir qoludur və bu sahədə mütərəqqi dəyişikliklər olmasını istəyirksə, modern təfəkkür tərzinə, effektli fəaliyyət gücünə malik yeni simaların təmsilçiliyi qəbul edilməli, passiv, ideyasız və yalnız kimlərinsə hesabına parlamentə düşən şəxslərdən can qurtarmalıyıq. “Ümid edirəm ki, bu seçkilərin demokratik, ədalətli, şəffaf keçirilməsi təmin edilərsə gərəkli insanlarımızın parlament kürsüsündən xalqı doğru, dürüst, etibarlı şəkildə təmsil etməsi reallaşa bilər. Bu yolda özüm də daxil olmaqla, parlamentdə təmsilçilik uğrunda mübarizəyə start verən hər bir iştirakçıya bu çətin və şərəfli vəzifənin öhdəsindən gəlmələri üçün nailiyyətlər arzulayıram”.

“AzPolitika”

Şərhlər

Sakit 2019-12-25 11:58:36

İndiyə qədər seçilmiş deputatlar partiyalar tərəfindən siyahiyə yazıldığından və saxta seçildiklərindən onların tayfa,qohum,yerlilərdən təşkil edilməsi təsadüfi.savadsız(hacı Madar kimi),boşboğaz (E.Nəsirov kimi),rüşvətlə (onlar daha çoxdur) siyahiyə salınmaları heç zaman doğru nəticə verməyib və verə də bilməz.İKinci tərəfdən,namizədin idarə,müıəssisə kollektivləri tərəfindən verilməsi və bu zaman namizədin həmin rayonlarda yaşaması və işləməsi,hörmət ,biik sahibi olması bu yaramazlıqları aradan qaldırar və MM dirçələr.Ona görə əvvəlcə seçki məcəlləsi sivil qaydaya gətirilməli,Konstitusiya tualet kağızına çevrilməməlidir( Hansı iqtidara nə sərf edir onu konstitusiyaya dəyişiklik etməklə əsaslandırmağa əl atırlar.Axı sivil dünyada belə olmur.hlt

Bəhram 2019-12-25 03:13:52

Hər insanın haqqının və ölkə marağının qəti müdafiəçisi gərək!

Camal 2019-12-24 21:01:12

Deputatlığa namizədlər Partiyalardan yox,işçi kollektivlərdən,müvafiq rayon əhalisinin içərisindən, verilməlidir.İnsanları tanımadığı insanlara səs verməyi tələb ,məcbur etmək etikadan və qanunlardan uzaqdır.Çünki partiyalarda bir qrup tanış,qohum,yerli,toplandığından onların seçimi yalnız bir tərəfli olur və ümumrespublika üçün əhəmiyyət kəsb etmir...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol