Menu

İraq parlamenti yeni qanun qəbul etdi - Növbədənkənar parlament seçkiləri keçiriləcək

24.12.2019, 23:03
İraq parlamenti yeni qanun qəbul etdi - Növbədənkənar parlament seçkiləri keçiriləcək

İraq parlamenti aylardır etirazçıların tələb etdiyi seçki haqqında yeni qanunu qəbul edib.

“RİA Novosti” xəbər verir ki, səsvermənin nəticələrini parlamentin spikeri Məhəmməd əl-Halbusi elan edib. Yeni qanuna əsasən, ölkədə növbədənkənar parlament seçkiləri keçirilə bilər. Seçkilərdə qaliblər səslərin əksəriyyətini toplayanlar olacaq. Namizədlik isə fərdi qaydada irəli sürüləcək.

Yeni qanunla bağlı səsvermə əvvəllər deputatlar arasındakı ixtilaflar səbəbindən dəfələrlə təxirə salınmışdı.

Əl-Halbusi qeyd edib ki, bundan sonra məmurlara ikili vətəndaşlıq da qadağan ediləcək.

Xatırladaq ki, İraqda bu ilin oktyabrından kütləvi etiraz aksiyaları keçirilir. Nümayişçilər hökumətin istefasını, korrupsiya, işsizliklə mübarizə, həyat şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. İndiyədək aksiyalarda 400-dən çox insan ölüb, 15 min nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol