“Böyük yeddilər” (G 7) və Avropa Birliyi Minsk anlaşmasına riayət etməyəcəyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq eləmək niyyətindədir. Musavat.com-un məlumatına görə, bu barədə “Frans Press” AB-nin yüksək çinli nümayəndəsinə istinadən xəbər yayıb.
Bundan əlavə, ölkələrin liderləri növbəti dəfə Moskva üçün yeni sanksiyaların qarşısının alınmasının şərtlərini bəyan ediblər: Minsk anlaşmasına görə, Rusiya Ukraynadan öz ordusunu və sursatını çıxarmalı, həmçinin sərhəddə təhlükəsizliyi təmin eləməli, separatçıların saxladığı əsirləri buraxdırmalıdır. Liderlər həmçinin, Ukraynaya öz iqtisadiyyatını bərpa eləməyə və qışda enerji problemindən çıxmağa yardımçı olacaqlarını bəyan ediblər.


Şərhlər