Menu

Prezidentə dəstək flaşmobu - “Qarabağ Azərbaycandır !” + VİDEO

25.12.2019, 00:51
Prezidentə dəstək flaşmobu - “Qarabağ Azərbaycandır !” + VİDEO

Oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirib, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğulayıb.

Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” sözlərini deməsi hər bir vətənpərvər azərbaycanlının qəlbində qürur və minnətdarlıq hissi doğurdu.

Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə müharibənin hər ağrı-acısını görən, yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın, Qarabağ müharibəsi veteranları və Aprel döyüşlərinin qazilərinin iştirakı ilə məcburi köçkünlər üçün salınmış “Qobu Park 2” yaşayiş kompleksində “Qarabağ Azərbaycandır !” adlı flaşmob keçirilib. Flaşmob iştirakçıları tərəfindən Azərbaycan xəritəsi, ay-ulduz forması yaradılıb və “Qarabağ Azərbaycandır!” yazılıb.

Şərhlər

dr.Amirov 2019-12-25 02:12:00

Afərin, dostlar!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol