Menu

Sumqayıt sakini dəm qazından zəhərlənib

25.12.2019, 10:19
Sumqayıt sakini dəm qazından zəhərlənib

Sumqayıtda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Nadirova Nərmin Faiq qızı minik vasitəsində kondisionerin ətrafa buraxdığı dəm qazından zəhərlənib. O, əvvəlcə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. 27 yaşlı qadının vəziyyəti ağırlaşdığından sonradan onu paytaxta xəstəxanalardan birinə göndəriblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol