Menu

Sabir Rüstəmxanlı deputatlığa namizədliyini irəli sürüb

26.12.2019, 13:47
Sabir Rüstəmxanlı deputatlığa namizədliyini irəli sürüb

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə partiyanın sədri Sabir Rüstəmxanlının namizədliyini irəli sürüb.

APA xəbər verir ki, onun namizədliyi VHP Siyasi Şurasının qərarı ilə 61 saylı Neftçala seçki dairəsindən irəli sürülüb və VHP Seçki Qərargahının üzvləri, səlahiyyətli nümayəndələri tərəfindən müvafiq sənədlər Dairə Seçki Komissiyasına təqdim edilib.

Artıq VHP Mərkəzi Seçki Qərargahının Neftçala seçki bürosu yaradılıb. Seçki qərargahı dünəndən fəaliyyətə başlayıb. Yaxın günlərdə isə imza toplama kampaniyasına başlanılacaq.

Şərhlər

Moshu 2019-12-26 21:09:57

Jurnalist İgid Teymurlunun “Bakupost.az” saytından (https://www.bakupost.az/hakimiyyete-nce-heyder-eliyev-sonra-xalq-cebhesi-gelmeli-idi-sabir-rustemxanli) Sabir Rüstəmxanlının “Hakimiyyətə öncə Heydər Əliyev, sonra Xalq Cəbhəsi gəlməli idi”müsahibəsindən. Sual: Nazir postundan istefa verməyinizin səbəbləri bəlli oldu. Sabir Rüstəmxanlı həm də "Şöhrət” ordenindən imtina edib, bu siyasi mədəniyyəti də cəmiyyətimizə nümunə olaraq göstərib. Bu gün o vəzifə, o orden uğrunda fəhləsindən tutmuş ziyalısına qədər gör nələrdən keçməyə hazır olanlarımız var. Bütün bunlar hansı təəssürat və nostalji hisləri oyadır? Cavab: O addımlar mənim həyatımın məntiqindən doğub. Umduğumuz yoldan kənar addımların atılması, Qarabağ məsələsində irəli gedə bilməmək, əksinə bir az da geriləmələr, ölkəni bürüyən qaçqın və köçkün problemi, əsirlikdə qalan soydaşlarımız, ermənilər tərəfindən talan edilən və edilməkdə olan, yağmalanan torpaqlarımız, bir loxma çörək ümidiylə qul bazarlarında beli bükülən xalqın halı və bunu qəbul edə bilməməyim məni bu mövqedən çıxış etməyə sövq etdi. O vaxt elə belə də yazmışdım ki, "bir milyon qaçqın və köçkünü olan bir ölkənin şairi döşündə "Şöhrət” ordeni gəzdirə bilməz”... Sual: O zaman bu addımın, ictimai-siyasi çəkisinə qısqanclıqla baxanlar bunu "VHP sədrinin öz reytinqini artırmaq istəyi” kimi dəyərləndirdilər Cavab: Bu gülünc və sadəlövh yanaşmdır. Onda rəhmətlik Heydər Əliyev məni axtarmışdı. Aradan xeyli vaxt keçəndən sonra bir məclisdə onunla görüşəndə maraqlı bir söhbətimiz oldu. Mənə dedi ki, bu, dövlətin ordeni idi, niyə imtina elədin, səndən incimişəm. İllər öncə onun təəssüflə dediyi bir söz yadıma düşdü və bunu Heydər Əliyevə xatırlatdım; o narahatlığını bildirib demişdi ki, biz assimilyasiyasiyaya, əyilməyə niyə bu qədər meyilliyik. Bunu yada salıb dedim ki, bu məsələ hamımızı narahat edir. Bilirəm ki, bu hərəkətim mənə problemlər yaradacaq, lakin bu orden üçün sıraya düzülənləri görəndə başqa çarəm qalmadı. Bu addımımla mən bir nümunə göstərmək istədim. Görsünlər ki, millətin şairi orden və medaldan, nazir vəzifəsindən ötrü sino getməli deyil. Məncə bu cavabım ona incikliyini unutdurdu. Mən Sabir Rüstəmxanlını səviyyəli bir şair, publisist kimi tanıyıram və onun səmimiyyətinə də inanmaq istərdim. İnternet vasitəsilə Vikipediyaya daxil olub Sabir Rüstəmxanlı barədə bilgilərimi artırmaq istədim. Burada qeyd edilir ki, O, 1996-cı ildə Azərbaycan Respublikası prezidentinin fərmanıyla "Şöhrət" ordeni ilə təltif edilmiş və hakimiyyət orqanlarına etiraz əlaməti olaraq bu yüksək dövlət ödülünü almaqdan imtina etmişdir. Artıq dilemma qarşısında qalmışam. Mən hansı Sabir Rüstəmxanlıya inanım. Özünə, yoxsa yazılanlara. Çox hörmətli Tənzilə xanım müsahibələrinin birində qeyd edir: mən bu gün Ziya müəllim, qudam İldırım müəllimlə qohumluğumla fəxr edirəm. Vallah, hərə haqqında bir söz deyir, amma Ziya müəllim çox təcrübəli bir dövlət adamıdır. Biz onu ölkə rəhbərinə necə sədaqətlə xidmət etdiyini görmüşük, dövlətinə və vətəninə, elinə-obasına çox bağlı bir ailədirlər. Elton müəlim uzun illər Milli Məclisdə millət vəkili oldu, çox savadlı bir elm adamıdır. Bir dəfə onun bir məclisdə çıxışına şahid oldum, heyran qaldım onun ağlına və savadına. O, böyük idarəçilik təcrübəsi olan şərəfli dövlət adamıdır. Sabir müəllim başqa bir müsahibəsində isə qeyd edir ki, Ziya Məmmədov dəyərli insandır, bir ziyalı, ədəbiyyatı, şeiri sevən, milli mənəviyyata bağlı bir adamdır. Mənim müşahidəm belədir. Mən onu hakimiyyət komandasının içində ən layiqli adamlardan biri hesab edirəm. Və bilirəm ki, ona yönəlmiş tənqidlərin bir hissəsi qərəzlidir. Təbii ki, əgər yolla bağlı gördüyüm bir nöqsan varsa, onu da çəkinmədən deyərəm. Sabir müəllim yollarımızı elə təriflədi ki, adamın lap paxıllığı tutur. Ziya müəllimdən söhbət düşmüşkən, bu cənab da 2012-ci il 27 aprel tarixdə “Şöhrət” ordeni ilə təltif edilmişdir. Sabir müəllimin təbirtincə desək, Ziya Məmmədovdamı bu orden üçün sıraya düzülənlərdəndir? Sabir Rüstəmxanlı 2005 və 2010-cu illərdə Milli Məclisə keçirilən seçkilərdə 72 saylı Yardımlı-Masallı dairəsindən deputat olmuşdur. Sözün açığı onun deputat kimi qanun yaradıcılığında nə kimi xidmətlərinin olduğunu xatırlamıram. Bir halda ki, Sabir müəllim əslən Yardımlıdandır, nə üçün öz doğulduğu rayondan namizədliyini vermir? Ən azından Arif Rəhimzadəni tanıdığından başqa dairəni də seçə bilərdi. Mənəviyyat başqa şeydir. Sözün açığı mənim yazım qərəz xarakteri daşımır, nə özüm nə də yaxınlarım Neftçala rayonundan namizədliyimizi vermirik. Sadəcə olaraq Neftçala seçicilərinin nəzərinə Sabir Rüstəmxanlının platforma xarakterli qeydlərimi çatdırmaq istədim. Sabir müəllim, bəlkə namizədliyi barədə bir az da fikirləşəydi. Nə isə …

Hüseyn Həsənov 2019-12-26 14:18:35

Sabir Eüstəmxanlıdan xalqımıza, vətənimizə fayda ola bilməz. Keçmiş illərin təcrübəsi bunu təstiq edir. Yaxşısı budur ki, öz peşəsi ilə məşğul olsun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol