Menu

Putin Koçaryana dözüm arzulayıb

26.12.2019, 15:56
Putin Koçaryana dözüm arzulayıb

Rusiya prezidenti Vladimir Putin Ermənistanın həbsdə olan keçmiş prezidenti, Xocalı soyqırımının müəlliflərindən biri Robert Koçaryana göndərdiyi Yeni illə bağlı bayram təbrikində dözüm arzulayıb.

“Report” “Rusarminfo”ya istinadən xəbər verir ki, məlumatı Koçaryanın ofisi yayıb.

Məktubda Koçaryanın Rusiya-Ermənistan əməkdaşlığının inkişafındakı rou yüksək qiymətləndirilib.

Qeyd edək ki, 2019-cu ilin oktyabrında Vladimir Putin Yerevana səfəri zamanı məhbus, keçmiş prezidentin həyat yoldaşı Bella Koçaryanla görüşüb.

Şərhlər

Elliyə 2019-12-27 05:29:40

Bu Azgenosid vətəndaşını Azərbaycan dövləti tutmayıb ki?

Elli 2019-12-26 19:45:38

Xocalı soyqırımına görə o faşist oturub içəridə, yaxşı da eləyiblər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol