Menu

Xüsusi xidmət əməkdaşları müxalifət liderinin ofisinə gəldilər – Navalnı saxlanıb, axtarış aparılıb

26.12.2019, 17:56
Xüsusi xidmət əməkdaşları müxalifət liderinin ofisinə gəldilər – Navalnı saxlanıb, axtarış aparılıb

Korrupsiya ilə Mübarizə Fondunun (FBK) təsisçisi Aleksey Navalnı sosial şəbəkədə yazıb ki, xüsusi xidmət əməkdaşları fonda axtarışa gəlib. Fondun əməkdaşı Nikolay Lyaskin xüsusi təyinatlıların fondun qapısını xüsusi aparatla açdığını qeyd edib.

Qurumun mətbuat katibi Kira Yarmyış bildirib ki, Navalnı saxlanıb və hazırda binada axtarış gedir (bir müddət sonra Navalnıburaxılıb - AzPolitika.info). “Aleksei güclə saxlandı və onu apardılar. O müqavimət göstərmədi. Digərlərini buraxdılar. Fondda hüquqşünaslar qaldı, orada axtarış gedir”,– o yazıb. Navalnı özü polis əməkdaşları ofisə girməzdən qabaq canlı yayımda olub.

Fonddan Leonid Volkov bildirib ki, ofisdə olanların hamısının kompüterləri və digər texnikası müsadirə olunub. Onun sözlərinə görə, “yay axtarışlarından sonra alınan noutbuklar 2016-18-ci illərdə pulyumaya dəlil kimi qeydiyyata alınacaq”.

Navalnı özü yazıb ki, FBK-da axtarış Baş nazir Dmitri Medvedev barədə 2017-ci ilin yazında çıxmış “O, sizin üçün Dimon deyil” filmi ilə bağlıdır.

Filmdə iddia olunurdu ki, bir neçə xeyriyyə təşkilatı Rusiyanın zəngin biznesmenlərindən pul alır və onları Medvedevin maraqlarına uyğun daşınmaz əmlaka xərcləyir. Baş nazirin mətbuat xidməti isə hansısa əmlaka bağlılığını rədd edib, Medvedevi dostlarının sözügedən imarətə dəvət etdiyini deyib. Ancaq həmin filmdən sonra Rusiyada korrupsiyaya qarşı“O bizim üçün Dimon deyil” deviziylə mitinqlər keçirilib.

Film çıxandan sonra milyarder Əlişir Usmanov Navalnını və FBK-nışərəf və ləyaqətin müdafiəsi ilə bağlı məhkəməyə verib. Hakim Marina Vasina qərar çıxarıb ki, FBK 10 gün ərzində filmi internetdən silməli və Usmanovun Medvedevə torpaq sahəsi və ev formasında rüşvət verməsi barədə deyilənləri təkzib etməlidir. FBK və Navalnı isə o vaxtdan nə filmi siliblər, nə də təkzib veriblər.

2019-cu ilin payızında İstintaq Komitəsi fonda qarşı qanunsuz əldə olunmuş vəsaitlərin yuyulmasıüzrə iş açıb, həmin işçərçivəsində Rusiyanın 30 regionunda Navalnı tərəfdarları ilə bağlı axtarış aparılıb, fond üçün çalışan, yaxud onunla əməkdaşlıq edən onlarla şəxsin hesabı bağlanıb.

Axtarışlar zamanı fondun bəzi əməkdaşlarının şəxsi əmanətləri müsadirə olunub və üstündən bir neçə ay keçməsinə baxmayaraq, hələ də qaytarılmayıb.

Fondun mövqeyinə görə, məqsəd qurumun Rusiya məmurları və güc strukturları arasında korrupsiya tədqiqatlarına əngəl törətməkdir.

Dekabrın 23-də FBK-nın layihə meneceri Arktikaya məcburi hərbi xidmətə göndərilib. 23 yaşlı Ruslan Şaveddinov Moskvadakı mənzilində saxlanıb. O, 5 min 600 km-lik məsafədə yerləşən Novaya Zemlyaya, Arktik Okeanında hava müdafiə bazasına xidmətə göndərilib. Navalnı bundan dekabrın 24-də xəbər tutub.

Dekabrın 24-də Moskva məhkəməsi FBK-nın hüquqşünası Lyubov Sobolu 16 min dollar məbləğində cərimələyib. O, ictimai tədbirlərin təşkili qaydalarını iki dəfə pozmaqda təqsirli bilinib.

Son cərimə müxalifətin azad bələdiyyə seçkisi tələbilə avqustun 10-da və 31-də keçirdiyi yürüşlərlə bağlıdır. Moskvanın Taqanski Rayon Məhkəməsi hər iki tədbirə Sobolun rəhbərlik etdiyini bildirib.
Ancaq 10 avqust yürüşü yerli hakimiyyətin icazəsiylə, həm də Sobolun iştirakı olmadan gerçəkləşib. Çünki həmin gün FBK-nın ofisində axtarış gedirdi, Sobol belə deyir. (azadliq.org)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol