Menu

Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Quba regional şöbəsinə yeni rəis təyin olunub

27.12.2019, 16:35
Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Quba regional şöbəsinə yeni rəis təyin olunub

Daxili işlər orqanlarında yeni təyinat olub.

APA-nın şimal bürosunun verdiyi xəbərə görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Səbuhi Rüstəmov Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Quba regional şöbəsinə yeni rəisi vəzifəsinə təyinat alıb.

S. Rüstəmov bu təyinata qədər Qusar rayon Polis Şöbəsinin Şahdağ polis bölməsinin rəisi olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol