YAP-ın deputatlığa namizədlər siyahısında diqqəti cəlb edən adlardan biri də Hicran Hüseynovadır.
2006-cı ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsini daşıyan Hicran Hüseynovanın namizədliyinin irəli sürülməsi maraq doğurur.
Belə ki, komitə sədrinin namizədliyinin verilməsi onun hazırda daşıdığı yüksək postla vidalaşması anlamını daşıyır.
Qeyd edək ki, H.Hüseynovanın namizədliyi 41 saylı Sumqayıt birinci seçki dairəsindən irəli sürülüb.
Bəzi məlumatlara görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə YAP-ın siyahısından kənarda qalan vitse-spiker Bahar Muradova gətiriləcək.
“AzPolitika”


Şərhlər
Ayə ,bu nəyə oxşuyur?
.........Bu deputat olub nə edəcək?
Bəlkə də, Komitə ləğv edilib səlahiyyətləri ƏƏSMN-ə veriləcək.
Hede ( шило на мыло ) deyishirler