Azərbaycanın Xankəndi şəhəri və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik ola Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalından 28 il ötür.
APA-nın məlumatına görə, 1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin işğalı başa çatdırılıb.
İşğal gününə qədər Xankəndi ərazi vahidliyinin tərkib hissəsi olan Kərkicahanın müdafiəsi kənd sakinlərindən yerli özünümüdafiə dəstələrindən, yeni yaranmış polis qüvvələri və Milli Ordunun bir qrup əsgəri tərəfindən təşkil olunub.
Daha ətraflı Xankəndi istiqamətindən Kərkicahana doğru hücuma keçən erməni silahlıların istifadəsində olan hərbi texnika və ağır silahların qarşısında müdafiə dəstələri son nəticədə geri çəkilməyə məcbur olublar. Özünümüdafiə dəstələrinin bir müddət erməni silahlıların hücumlarının qarşısını almaları nəticəsində dinc əhali qəsəbədən çıxarılıb.
İşğaldan əvvəl əhali 350 ailə təsərrüfatı nəzdində 1796 nəfər təşkil edib. İki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, on dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan beş sex və digər məişət-iaşə obyektləri dağıdılıb.
Kərkicahan və ətraf ərazilər uğrunda gedən döyüşlərdə 34 nəfər şəhid olub, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Şəhid olanlardan 3-ü qadın, 2-si azyaşlı uşaq olub.


Şərhlər
bunnan sora nece il belə qalacaq hiyy ?
Bəs, Qarabağı nə vaxt hərbi işğaldan azad ediləcək?
Day yaddan cixarduz xankendini
Kərkicahan döyüşləri ,ilk növbədə düşmənlə mübarizəyə qalxan könüllü döyüşçülərimizi yadımıza salır.Həmin döyüşlərin iştirakçılareından biri də mərhum qazimiz Seyidağa Mövsümlü idi.Bu döyüşlərdə güllə yarası almışdı.İşğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda indi heç bir hazırlıq yoxdur.Hətta müharibə əlilləri və şəhid ailələrinə qayğı da səthi xarakter daşıyır.Onların mnənzillə təminatı çox-çox uzaq olan ətraf kəndlərdə aparılır.Qazilərə belə münasibət vətənpərvərlik hissinə də pis təsir edir..