Menu

"HAZIRDA AVROPADAYAM..." - Əli Həsənov danışdı

28.12.2019, 11:35
"HAZIRDA AVROPADAYAM..." - Əli Həsənov danışdı

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov həbs olunması ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Oxu.az-a danışan Ə.Həsənov ölkədən çıxmaq istəyərkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılması ilə bağlı informasiyaları təkzib edib.

Qeyd edək ki, dekabrın 27-də sosial şəbəkələrdə sabiq köməkçinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb.

Ə.Həsənov qeyd edib ki, deyilənlər şayiədir:

Məni niyə saxlamalıdırlar? Nəyə görə? Buna inanırsınız? Mən 25 il bu ölkənin siyasi münasibətlərinin içində olan və aparıcı şəxslərdən biri olmuşam. Hazırda Avropa ölkələrindən birindəyəm və ürək müayinəsi üçün buraya gəlmişəm”.

Onun sözlərinə görə, sosial şəbəkədə özü ilə bağlı yazılanları oxuyub və bu şayiələrə inanmamağı məsləhət görüb. Ə.Həsənov qeyd edib ki, bundan əvvəl də Avropa ölkələrindən birində əməliyyat keçirib. Ancaq sabiq siyasi xadim əlavə edib ki, Yeni ilə kimi ölkəyə qayıdacaq.

Şərhlər

elxan 2019-12-30 23:07:29

səni elə ürəyindən vurulasan əli həsənov başqa hec nə demirəm. qorxmursan avropa öıləsinin adını niyə cəkmirsən hə?

istiqlalçı vətəndaş 2019-12-29 17:27:25

Ay Əli Həsənov bütün günü efirlərdən deyirsən ki Azərbaycan belə inkişaf edib elə inkişaf edib onda sual yaranır səhiyyədə inkişaf edibsə niyə Avropaya üz tutursan ?

Fəthad 2019-12-28 17:08:43

Aradan çıxmasına imkan verilməməlidir.Onun Avropada nə işi var?Əksinə saxlanılmalı və araşdırmalar aparılmalı idii."5 ildə bu ölkədə min hoqqalardan çıxıb.

eloqlu 2019-12-28 16:17:24

ele bakida ûreyni qöstererdindeee !!! abir heya yaxshi sheydi ) milyonnari yiqib oturmusan Haram haram yenede haram !!!

Oxucu 2019-12-28 14:17:52

Əli müəllim bəs nə əcəb Azərbaycanda müayinə olunmursuz.

Asim 2019-12-28 13:33:41

Avropalıların həsəd apardığı Azərbaycan səhiyyəsinə inanmırsiz?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol