Menu

Deputatların maaşları donduruldu

28.12.2019, 17:15
Deputatların maaşları donduruldu

Argentina Konqresinin hər iki palatası deputatların maaşlarını 180 gün müddətinə dondurmaq qərarına gəlib.Bu barədə xarici KİV-lər xəbər verir.

Məlumata görə, parlament bir həftə əvvəl yekdilliklə iqtisadi fövqəladə vəziyyət elan edib və maaşlarının dondurulmasının lehinə səs verib.

Qətnamədə deyilir: "Xalqın nümayəndələri bütövlükdə cəmiyyətin iqtisadiyyatı düzəltmək üçün səylərinə dəstək verməlidir. Bu qərar həmrəylik etikasına və reallığa uyğun olan dövlət siyasətini təşviq etmək üçün qəbul edilib"

Keçən həftə Argentina hökuməti ölkənin 31 dekabr 2020-ci ilədək iqtisadi tənəzzüldən xilas olması üçün müxtəlif qanunlar qəbul edib və icra hakimiyyətlərinin səlahiyyətlərini artırıb.

Şərhlər

Cəbi 2019-12-28 17:29:13

Bİzimkilərinin maaşlarını dondursan ilk olaraq çox maaş istəyən Qüdrət bəy mitinq edər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol