Yeni Azərbaycan Partiyası (YAP) 104 saylı Tovuz-Gədəbəy Seçki dairəsindən əvvəlki deputat Rafiq Məmmədhəsənovun namizədliyini irəli sürməyib. Tibb Universitetinin prorektoru, "91-lər" hərəkatının üzvü, 72 yaşlı deputat 10 il ərzində bölgəni təmsil edib. Bu müddət ərzində onun Tovuz və Gədəbəyin infrastruktur problemləri, seçiciləri narahat edən sosial çətinliklərlə bağlı bir dəfə də olsun parlamentdə çıxışı, təklifi olmayıb. Buna baxmayaraq, R.Məmmədhəsənov yenidən namizəd olmaq niyyətini bildirmişdi. Amma hakim partiya onun iddialarını nəzərə almayıb.
YAP növbədənkənar seçkilərdə bu dairədən Məhərrəmova Elnarə Səməndər qızının namizədliyini irəli sürüb. Xanım namizəd haqqında internet resurslarında araşdırma aparsaq da, heç bir bilgiyə rast gəlmədik.
Həmin dairədən 2005-2010-cu illərdə deputat olmuş iş adamı, iqtisadçı Nazim Bəydəmirli də namizədliyini irəli sürüb.

Rafiq müəllim bu müddət əzində işlərinin çoxluğu ucbatından cəmi 3-4 dəfə dairə ərazisinə gedib. Amma biz mütəmadi olaraq dairə ərazisində işləmişik, seçicilərin problemlərini qadırıb həllinə nail olmuşuq. Hətta millət vəkili olmadığım dövrdə belə problemlərlər bağlı mənə dəfələrlə müraciətlər olub. 2010 və 2015-i il parlament seçkilərində şanslarımin yüksək olmasına baxmayaraq, YAP-ın namizədinin seçilməsi üçün geri çəkilmişəm. Hesab edirəm ki, YAP bu seçilərdə inzibati resurslardan istifadə etməyəcək. Kim qalib gəlsə, o da qazanacaq. Mən öz şanslarımı yüksək dəyərləndirirəm. Seçicilərin münasibətini, müraciətlərini, ictimai fikrə təsir imkanlarımı nəzərə alıb bu fikrə gəlmişəm".
N.Bəyədmirli hesab edir ki, insan namizəd olmaq istəyirsə, öz həyat yoluna dönüb baxmalı və imkanlarını götür-qoy eləməlidir: "Bizim dairədən olan və ya olacaq namizədləri açıq seçki marafonuna dəvət edirəm. Hər kəs düşünməlidir ki, seçkinin taleyini seçicilər həll edir. 2010 -cu ildə apardığım araşdırmaya görə seçicilərin 50 faizi bizim dairədə yaşamır. Əsasən də payız-qış mövsümündə bölgədən köçürlər. Şükürlər olsun ki, bu illər ərzində müəyyən infrastruktur layihələri həyata keçirilirb, qaz xətləri, yollar çəkilib. Bundan sonra bölgəyə maraq artıb, iqtisadi miqrasiyanın səviyəsi azalıb. Ümidvaram ki, bundan sonra da bölgənin problemlərinin operativ həllinə imkanlarımı səfərbər edəcəyəm".
AzPolitika.info


Şərhlər
91 lərin fəaliyyəti 16 il öncə təhvil alınıb.
yap-IN YENİ NAMİZƏDLƏRİNİN ƏKSƏRİYYƏTİ KÖHNƏ DEPUTATLARI EVLADI,QOHUMU VƏ YAZIN TANIŞLARIDIR.bURADA RÜŞVƏTİN İŞLƏDİYİ EHTİMALI BÖYÜKDÜR.
yap-IN YENİ NAMİZƏDLƏRİNİN ƏKSƏRİYYƏTİ KÖHNƏ DEPUTATLARI EVLADI,QOHUMU VƏ YAZIN TANIŞLARIDIR.bURADA RÜŞVƏTİN İŞLƏDİYİ EHTİMALI BÖYÜKDÜR.
"91"lər və ya YAP-ı yaradanlaiş.Bu iqtidarın dostları Rauf Arifoglu, Azər Həsrət ,Aynur Camalqızı imiş.Cünki Bu iqtidarı ən ağır formada söyə bilirdilər.Bu iqtidarı söy deputat ol.....