Menu

Respublika Elmi-Texniki Kitabxanasına “Respublika” statusu verilib

28.12.2019, 21:46
Respublika Elmi-Texniki Kitabxanasına “Respublika” statusu verilib

Nazirlər Kabineti “Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasına “Respublika” statusunun verilməsi haqqında” qərar qəbul edib.

APA-nın məlumatına görə, qərara əsasən, Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasına “Respublika” statusu verilib.

Əqli Mülkiyyət Agentliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Nazirlər Kabinetinin digər qərarı ilə Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say həddi 126 vahiddən 100 vahidə endirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol