2019-cu ildə Azərbaycan Prezidentinin “Azəriqaz” İstehsalat Birliyi qarşısında qoyduğu ölkə ərazisinin qazlaşdırılmasının 96 faizəçatdırılması ilə bağlı hədəfə nail olmuşuq.
“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyevbu gün ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2020-ci ildə ölkə ərazisində 39 min fərdi ev qazlaşdırılacaq: “Qazlaşdırma tamamilə dövlət hesabına və təmənnasız aparılır. 2020-ci ildə 785 km yeni qaz kəmərinin təmir olunmasını nəzərdə tuturuq”.
O bildirib ki, 2019-cu ildə 210 minə yaxın sayğac dəyişdirilib: “Abonentlərimizin sayı 2 milyon 262 min 242-yə çatıb. Onlardan 1 milyon 234 mini smart-sayğacdan istifadə edir. 2020-ci ildə isə 1 484 sayğac dəyişdirilməsi nəzərdə tutulub”.


Şərhlər
Görün inkişaf nə dərəcədıədir ki,hələ qalaşdırılmamış sahələr.evlər mövcuddur.Bəs bu insanların yaşam şəraiyti ilə maraqlanan bu 60 ildə niyə olmayıb? Nə qədər olmayan şeylərdən danışmaq olar.Yalan ayaq tutur,amma yerimir!
imişli rayonun Telişli, Əlyetməzli, Allahmədətli kəndlərinə qaz nə vaxt çəkiləcək?