Menu

Trampla Putin arasında telefon danışığı olub

29.12.2019, 21:03
Trampla Putin  arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tamp arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Daha ətraflı Məlumatda telefon danışığının Rusiya tərəfinin təşəbbüsü ilə baş tutduğu bildirilib.

Qeyd olunub ki, V.Putin amerikalı həmkarına xüsusi xidmət orqanlarının xətti ilə verilən informasiyalara görə təşəkkürünü bildirib, hansı ki, bu informasiyalqr Rusiyada terror aktlarının qarşısını almağa kömək edib.

Rusiya və ABŞ liderləri həmçinin qarşılıqlı maraq doğuran kompleks məsələləri müzakirə ediblər. Terrorla mübarizə sahəsində birgə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəlinib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol