Menu

Leyla Əliyevadan növbəti xeyirxah addım- FOTOLAR

30.12.2019, 18:20
Leyla Əliyevadan növbəti xeyirxah addım-  FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın bölgələrində yaşayan uşaqlara Yeni il hədiyyələri çatdırılıb.

Azərbaycanın sevimli milli nağıl qəhrəmanı "Cırtdan" şən musiqi sədaları altında Xızı, Quba, Siyəzən, Şabran, Yevlax, Astara, Lerik, Ağcabədi, Şəki, Qax, Lənkəran, Masallı, Zaqatala, Balakən, Ucar, Zərdan rayonlarının balaca sakinlərinə bayram sovqatları paylayıb.

Eyni zamanda şən animatorlar uşaqları öz məzəli oyunları ilə sevindiriblər.

Qeyd edək ki, Leyla Əliyevanın bu təşəbbüsü hətta Azərbaycanın ən ucqar rayonlarındakı uşaqlara belə yeni il ərəfəsində böyük xoşbəxtlik və bayram əhval-ruhiyyəsi bəxş edib.

Şərhlər

İ.Mustafaoğlu 2019-12-30 23:58:22

Uşaqlar bizim gələcəyimizir. Uşaqlara hər daim qayğı göstəriyinə görə Leyla xanıma öz dərin minnətdarlığımı bildirirəm və sağolsun deyirəm.

elxan 2019-12-30 23:10:20

şükür

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol