Menu

“Son bir həftədə 13 nəfər zəhərlənib, dördü ölüb, biri isə kor olub” - Qoşqar Təhməzli

30.12.2019, 20:27
“Son bir həftədə 13 nəfər zəhərlənib, dördü ölüb, biri isə kor olub” - Qoşqar Təhməzli

Bir həftədə içkidən zəhərlənmə ilə bağlı ümumilikdə səkkiz hadisə baş verib.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu hadisələr nəticəsində 13 nəfər zərərçəkən olub:

“Onlardan dördü ölüb, biri isə görmə qabiliyyətini itirib”.

Sədr bayram günləri ilə bağlı vətəndaşlara da müraciət edib.

O bildirib ki, bayram günlərində ictimai iaşə obyektlərinə müraciətlər və istehlak daha çox olur:

“Restoranlarda yeni il şənlikləri təşkil olunur. Biz də AQTA olaraq özümüzə borc bilirik ki, vətəndaşlara müraciət edək ki, hər bir vətəndaş özü də qida nəzarətçisinə çevrilməlidir.

Azərbaycanda fəaliyyət göstərən bütün iaşə obyektlərinə nəzarət etmək mümkün deyil”.

Şərhlər

Avtandil 2019-12-31 14:32:16

Yaxçı olar ki,məlumatlarda buna səbəb olanlar müəyyənləşdirilib bəyan ediləydi və cinayətə cəlb olunub.son nəticələri məlumat verəydiniz.Bu maraqlı olardı ki.ölkədə ciddi durum mövcuddur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol