Menu

Roma Papası Yeni il şənliyində qadını vurub

01.01.2020, 12:49
Roma Papası Yeni il şənliyində qadını vurub

Roma Papası Fransısk Romada Müqəddəs Pyotr meydanında möminlərlə görüş zamanı qadını əlindən vurub."Report" xəbər verir ki, hadisənin videogörüntüsü CBS "News"un "Twitter"dəki səhifəsində yayılıb.

Kadrlarda qadının Papanın Yeni ili qeyd edən insanların yanında keçərkən onun əlindən tutmağa çalışdığı əks olunur. Bu vaxt Roma Papası qadının əlinə bir neçə dəfə vuraraq, onun hərəkətlərinə kəskin reaksiya verib.

İnsidentdən dərhal sonra Papanın keşikçiləri hadisəyə müdaxilə ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol