Menu

Dövlət çevrilişləri, istefalar, müharibələr... – 2019 nələrlə yadda qaldı?

01.01.2020, 15:21
Dövlət çevrilişləri, istefalar, müharibələr... – 2019 nələrlə yadda qaldı?

2019-cu il başa çatdı. Bəs başa vurduğumuz ildə dünyada nələr olub? Son 1 ildə dünyada çoxlu hadisələr - dövlət çevrilişləri, çevrilişə cəhdlər, istefalar, qeyri-adi hadisələr baş verib.

“AzPolitika.info” başa vurduğumuz ildə dünyanın məşhur agentliklərinin manşet xəbəri etdikləri hadisələrin bir qisminin siyahısını oxucuların diqqətinə çatdırır:

- Braziliyanın yeni prezidenti Jair Bolsonaro and içərək səlahiyyətlərinin icrasına başlayıb.

- Meksikanın Tlahielilpan qəsəbəsi yaxınlığında boru xəttində qaz sızması nəticəsində partlayış baş verib, 114 nəfər yanaraq ölüb.

- Argentinalı futbolçu Emiliano Salanın olduğu təyyarə Fransanın Nants şəhərindən havaya qalxıb və La Manş dənizinə düşüb. Futbolçu uçuşdan 2 gün əvvəl 15 milyon sterlinq qarşılığında “Cardiff City” klubunda oynamaq haqda razılaşma imzalamışdı.

- Venesuela Milli Məclisinin başqanı Juan Quaydo özünü müvəqqəti dövlət başçısı elan edib.

- Asiya Kubokunun finalında Qətər Yaponiyanı məğlub edərək çempion olub.

- BMT Səudiyyə Ərəbistanlı jurnalist Camal Qaşıqçının ölümünün Səudiyyənin rəsmiləri tərəfindən hazırlandığını bəyan edib.

- Hindistan hava qüvvələrinə aid qırıcılar Pakistan hava sahəsini pozaraq bomba atıblar. Pakistanla Hindistan bir-birinin qırıcılarını vurub və bu səbəbdən də hər iki dövlət hava sahəsini qapalı elan edib. Nəricədə yüzlərlə sərnişin təyyarəsi reysi təxirə salınıb.

- ABŞ Prezidenti Donald Tramp Vyetnamda Şimali Koreya lideri Kim Çin İnnlə görüşərək danışıqlar aparıb.

- Efiyopiyadan Kenyaya uçan “Boeing” sərnişin təyyarəsi qəzaya düşüb. Təyyarədə olan 157 nəfər qəza nəticəsində ölüb.

- Yeni Zellandiyada iki məscidə hücum edilib. Terror aktı zamanı 51 nəfər öldürülüb, 49 nəfər yaralanıb.

- Çin hökuməti nəzarətində olan Sincan Uyğur Muxtar Bölgəsində 13 min insanı həbs edərək düşəgələrdə yerləşdirib.

- ABŞ Prezidenti Donald Tramp Colan təpələrinin İsrailə məxsus olduğunun ABŞ trəfindən tanındığını elan edib.

- Sudanda ordu hakimiyyətə əl qoyub. Prezident Ömər əl-Bəşir həbs edilib.

- “Vikileaks”ın qurucusu Julian Asanc 2012-ci ildən qaldığı Ekvadorun London səfirliyindən bayıra atılıb və həbs edilib.

- Şri-lankada kilsə və otelləri hədəfə alan terror aktları nəticəsində 253 nəfər ölüb. 500-dən çox insan yaralanıb.

- Ukraynada prezident seçkilərinin ikinci turunda 73,22 faiz səslə Vladimir Zelenski qalib gəlib.

- Venesuelada uğursuz şəkildə dövlət çevrilişinə cəhd edilib.

- İsrail qırıcıları Qəzza sektoruna hava zərbələri endirib və nəticədə 25 fələstinli ölüb.

- ABŞ Prezidenti Donald Tramp 200 milyard dollarlıq Çin məhsullarına 10 faizlik gömrük vergisini 25 faizə qaldırdığını elan edib.

- Çin 60 milyardlıq ABŞ mənşəli məhsullara vergi faizini qaldırdığını bəyan edib.

- Türkiyə hərbi sənayesi ordunu MPT markalı milli avtomat silahla təmin etməyə başlayıb.

- Türkiyə dövləti mayın 27-də İraqın şimalında “Pençe” əməliyyatı başladıb.

- İngiltərənin Baş naziri Tereza Mey istefa verib. Beləcə xanım Mey Devid Kamerondan sonra “Breksit” qurbanı olan ikinci baş nazir olub.

- Honkonqda etirazlar başlayıb və ilboyu davam edib. Hadisələrin arxasında ABŞ-ın durduğu bildirilir. Etirazlar əsasən Çinə qarşıdır.

- Misirin ilk demokratik yolla seçilən prezidenti Məhəmməd Mursi məhkəmə salonunda vəfat edib.

- Türkiyə Şərqi Aralıq dənizində neft-qaz axtarışına başlayıb və bu ciddi etirazlarla qarşılanıb.

- Uzun illərdən sonra aprelin 23-də Türkiyə müxalifəti İstanbul bələdiyyə başqanı uğrunda seçkilərdə qalib gəlib.

- Tramp və Kim Çen İnn Şimali və Cənubi Koreya sərhəddində yenidən görüşüb.

- Liviyada marşal Xəilifə Haftara məxsus qırıcılar Tripoli şəhərinə hava zərbələri endirib. Nəticədə 53 mülki insan ölüb, 130 nəfər yaralanıb.

- İngiltərəyə bağlı Cəballütarix Muxtar idarəçiliyi Suriyaya qarşı sanksiyaları pozduğu üçün İran tankerini müsadirə edib.

- Türkiyə və Rusiya arasında bağlanan silah alqı-satqısına uyğun olaraq S-400 komplekslərini daşıyan ilk rus təyyarələri Türkiyə hava limanlarına eniş edib.

- Ərbildə türk diplomatlarına hücum edilib. Bir diplomat öldürülüb. 3 gün sonra hücumu təşkil edən terrorçu saxlanılıb.

- ABŞ Müdafiə Nazirliyi Türkiyənin S-400 kompleksləri alması səbəbindən Ankaranın F-35 layihəsindən çıxarılması prosesinə start verib.

- İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazında İngiltərəyə aid neft tankerini müsadirə edib.

- Bəşər Əsəd rejimi rus aviasiyasının dəstəyi ilə İdlibi vurmağa start verib. İlk hücum zamanı 50 mülki insan öldürülüb.

- İngiltərənin sabiq xarici işlər naziri Boris Conson Mühafizəkar Partiyanın sədri kimi ölkənin baş naziri kürsüsünü qazanıb.

- Səudiyyə Ərəbistanının neft şirkətinin iki müəssisəsinə dronlarla hücum həyata keçirilib. Nəticədə Səudiyyə neft hasilatını dayandırmalı olub.

- Hindistanın nəzarətindəki Kəşmirdə aparılan araşdırmalar zamanı bəlli olub ki, bölgənin muxtariyyət məsələsini qaldıran 13 min gənc fəal yoxa çıxıb.

- İraq xalqı küçə etirazlarına başlayıb. Aksiyalar aylarla davam edib. Hökumət istefaya gedib. Mitinqlər zamanı 450 nəfər ölüb, 19 min insan yaralanıb.

- Türkiyə Suriyanın şimal sərhədlərində “Sülh çeşməsi” əməliyyatını başladıb.

- Kubada 43 ildən sonra dövlət başçısı seçilib.

- Türkiyənin şimali Suriyada əməliyyatlara başlamasından sonra ABŞ-ın vitse-prezidenti Mayk Pens Ankaraya gəlib və iki ölkə arasında razılaşma əldə edilib.

- Rusiya ilə Türkiyə arasında Soçi anlaşması əldə edilib. Anlaşma əldə etmək üçün iki ölkə lideri arasında 3 saatdan çox müzakirələr aparılıb.

- İŞİD lideri Xəlifə Əbubəkir Bağdadi ABŞ-ın xüsusi əməliyyatı nəticəsində öldürülüb.

- ABŞ Konqresinin Nümayəndələr Məclisi 1915-ci il hadisələrini “soyqrım” kimi tanıdığını elan edib.

- Boliviyada etirazlar başlayıb və prezident Morales silahlı qüvvələrin təzyiqi ilə istefa verdiyini açıqlayıb.

- Türkiyə və ABŞ prezidentləri Vaşinqtonda görüşüb.

- İranda benzinin qiymətinin qalxması səbəbindən geniş etiraz aksiyaları başlanıb. Nəticədə 7 min insan həbs edilib, 208 nəfər ölüb. Hökumət prosesi nəzarətə ala bilib.

- Trans Anadolu Qaz Boru Xətti (TANAP) Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə İsparta şəhərində açılıb.

- Türkiyə və Liviyanın milli barış hökuməti arasında Aralıq dənizinə dair razılaşma əldə edilib.

- ABŞ Konqresi Sincan Uyğur Muxtar bölgəsində uyğur türklərinə qarşı təzyiq siyasəti səbəbindən Çin rəsmilərinə sanksiyalar tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

- Dünya Dopinqlə Mübarizə Təşkilatı dopinq tələblərinə əməl etmədiyi səbəbindən Rusiyanı 4 il müddətinə idman yarışlarından kənar qoyduğunu elan edib.

- Nobel Ədəbiyyat mükafatı Serebrenitsa soyqırımını inkar edən avstriyalı yazıçı Peter Handkye verildi.

- ABŞ Senatı saxta erməni soyqırımı haqda qərar layihəsini tanıdı.

- ABŞ Prezidenti Donald Trampa impiçment elan olunub və ilkin prosedurlara başlanılıb.

- İngiltərədə keçirilən parlament seçkilərində Boris Conson fantastik qələbə qazanaraq “Breksit”i həyata keçirmək üçün parlamentdə lazım olan deputat mandatı əldə etdi...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol