Menu

ABŞ-ın Bağdaddakı səfirliyi konsulluq işini dayandırıb

01.01.2020, 22:39
ABŞ-ın Bağdaddakı səfirliyi konsulluq işini dayandırıb

ABŞ-ın İraqdakı səfirliyi diplomatik korpusun divarları yaxınlığında keçirilən etiraz aksiyaları səbəbindən dekabrın 31-dən konsulluq işini dayandırması və tədbirlərin ləğv edilməsi barədə bildirib. Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"ABŞ səfirliyi kompleksə hücumlara görə bütün ictimai konsul əməliyyatlarını sonrakı bildirişə qədər dayandırıb. Bütün təyin edilmiş görüşlər ləğv olunur", - deyə səfirliyin çərşənbə günü yayılmış bəyanatında qeyd edilir.

ABŞ diplomatik missiyası Birləşmiş Ştatların vətəndaşlarına səfirlik ərazisinə yaxınlaşmamağı, regionda baş verən hadisələr barədə yerli və beynəlxalq KİV-də dərc edilən məlumatları izləməyi məsləhət görüb. Qeyd edilir ki, ABŞ vətəndaşları vizalar və başqa məsələlərlə bağlı Birləşmiş Ştatların Ərbildəkı Baş Konsulluğuna müraciət edə bilərlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol