Menu

Oğuzda "Niva" ağaca çırpılıb, xəsarət alan var

01.01.2020, 22:14
Oğuzda "Niva" ağaca çırpılıb, xəsarət alan var

Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. "Report"-un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bugün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Ələsgər Kazım oğlu Kazımzadəidarə etdiyi "99-MR-833" dövlət qeydiyyat nişanlı "Niva" markalı avtomobillə Qəbələ rayonu istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb.

Hadisə zamanı 22 yaşlı Ə.Kazımzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol