Menu

Pensiyaçıların bütün kredit borcları silinəcək - Bu ölkədə

01.01.2020, 22:58
Pensiyaçıların bütün kredit borcları silinəcək - Bu ölkədə

Ölkə başçısının rəhbərlik etdiyi Monqolustan Milli Təhlükəsizlik Şurası, ölkədəki pensiyaçıların bütün kredit borclarını silinməsinə qərar verib.

Trend-in məlumatına görə, Monqolustan Prezidenti Xaltmaa Battulqa qərarı 31 dekabr media vasitəsilə xalqına Yeni il təbriklərini çatdırarkən elan edib.

Ölkə Prezidenti deyib: “Monqolustan Milli Təhlükəsizlik Şurasının pensiyaçılara kömək məqsədi ilə kredit borclarının silinməsi barədə qərarı sizlərə çatdırmağa çox xöşbəxtəm …”

Monqolustanda pensiya alan 380 mindən çox yaşlı və statistikaya görə, yarısından çoxunun kredit borcları var.

Şərhlər

eloqlu 2020-01-02 06:16:45

Hede monqollar pul yiyesidi )))))bes biz ????????

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol