Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai qaydanın, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına yönəldilmiş hərəkətlərin, eləcə də yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaqların və pirotexniki məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 31-də polis əməkdaşları tərəfindən keçirilmiş silsilə tədbirlər nəticəsində respublika ərazisində 30 nəfər yüksək səsyayıcı qabiliyyətinə malik pirotexniki məmulatların satışı ilə məşğul olduqları üçün saxlanılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq məhkəmələrə göndərilib.


Şərhlər
Mən şəxsən buna inanmıram. Yəqin ki, torbada pişik var. Bizim bu polislər (hamısını deyə bilmərəm) qarşılarındakı insanları nə sayırlar blmirəm savadsız, kor və ya nə.... Metronun "Xalqlar dosluğu" stasiyası yanındakı yeni il yarmarkasında hər şey açıq açığına millətin gözü qabağında satılırdı. Özüdə od qiymətinə. 10 dəfə atılan 10 manata, 25 dəfəlik 25 manata və daha baha qiymətə. Nə polis bir söz deyirdi, nə də başqa orqanlar.