Menu

ABŞ-da Yeni il gecəsi baş verən hadisələrdə ən azı 10 nəfər ölüb

02.01.2020, 12:25
ABŞ-da Yeni il gecəsi baş verən hadisələrdə ən azı 10 nəfər ölüb

ABŞ-ın şəhərlərində Yeni il gecəsində baş verən atışma zamanı ən azı 10 nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə "USA Today" qəzeti bildirib.

Məlumata əsasən, atışmalar əsasən barlarda və gecə klublarında baş verib. Belə ki, Orlando (Florida ştatında) şəhərindəki gecə klubunda şənlik zamanı atışmada iki nəfər ölüb. Daha iki nəfər Texasdakı bir klubda həlak olub.

ABŞ-ın Virciniya ştatında barda atışma zamanı 7 nəfər yaralanıb. Atışma nəticəsində Sent-Luis (Missuri ştatl) və Filadelfiyada (Pensilvaniya ştatı) bir neçə nəfər də həlak olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol