Azərbaycanın milli domen zonasında (".az") 34 063 internet resursu qeydə alınıb.
"APA-Economics"in WHOIS portalına istinadən verdiyi məlumata görə, 2019-cu il ərzində ".az" domenində qeydiyyatdan keçən saytların sayı 9,1% artıb. Qeydə alınan saytların ümumi sayının 31 729-u birinci səviyyəli domen zonasına aiddir ki, bu da 2019-cu ilin əvvəlində olan göstəricini 17% üstələyir.
Ən məşhur ikinci səviyyəli domen ".com.az"dır. Bu domendə 1 320 sayt qeydiyyatdan keçib. Bu göstərici 2018-ci ilin göstəricisini 13,2% üstələyir.
Populyarlığına görə üçüncü yerdə ".edu.az" domeni qərarlaşıb. Bu domendə 459 sayt qeydiyyatdan keçib ki, bu da ötən ilin əvvəlinə olan göstəricindən 25% çoxdur.
Digər domen zonalarında qeydiyyatdan keçən saytların pay bölgüsü:
| Domen | Qeydiyyatdan keçən saytlar |
| pro.az | 1 |
| name.az | 13 |
| biz.az | 22 |
| pp.az | 24 |
| int.az | 29 |
| net.az | 84 |
| info.az | 101 |
| co.az | 126 |
| org.az | 155 |
Qeyd edək ki, ".az" milli domen zonası rəsmi olaraq 25 avqust 1993-cü ildə fəaliyyətə başlayıb. Bu domenin qeydiyyat haqqı və illik texniki dəstək xərci 20 manat təşkil edir.


Şərhlər