Menu

"Bəyanat raket və nüvə sınaqlarına qoyulmuş maratoriumun dayandırılmasından xəbər verir..." - BMT

02.01.2020, 20:00
"Bəyanat raket və nüvə sınaqlarına qoyulmuş maratoriumun dayandırılmasından xəbər verir..." - BMT

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Koreya Xalq Demokratik Respublikasının (KXDR) raket-nüvə sınaqlarına qoyulmuş moratoriumun sona çatması barədəki bəyanatından narahatlıq keçirir. Bu barədə təşkilatın rəsmi nümayəndəsi Stefan Dyüjarrikin bəyanatında söhbət açılır.

Bundan əvvəl KXDR lideri Kim Çen In Koreya Əmək Partiyası mərkəzi komitəsinin plenumunun yekunlarına əsasən, bəyan edib ki, ABŞ KXDR-a qarşı düşmən siyasətini davam edirəcəyi təqdirdə, Pxenyan strateji silahların işlənib hazırlanması işlərini davam etdirəcək və tezliklə yeni strateji silahını təqdim edəcək.

«Baş katib KXDR-in bəyanatından dərin narahatlıq hissləri keçirir. Bəyanat raket və nüvə sınaqlarına qoyulmuş maratoriumun dayandırılmasından xəbər verir» - BMT bəyanatında deyilir.

Dyüjarrikin sözlərinə görə, Baş katib Quterreş çox ümid edir ki, BMT TŞ-ın qətnamələrinə uyğun olaraq, sınaqlar bərpa olunmayacaq.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol