Saatlı rayonunun keçmiş icra başçısı, Milli Məclisin sabiq deputatı Gülhüseyn Əhmədov vəfat edib.
“AzPolitika.info” G.Əhmədovun yaxınlarına istinadla xəbər verir ki, 64 yaşında xəstəlidən vəfat edən sabiq deputat bu gün Saatlıda dəfn ediləcək. Mərhumun yas mərasimi isə yanvarın 5-də Bakıda Heydər Məscidində baş tutacaq.
Qeyd edək ki, Gülhüseyn Əhmədov 1955-ci il iyunun 20-də Saatlı rayonunun Qaracalar kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib..
15-dən çox elmi əsərin müəllifi olan Gülhüseyn Əhmədov biologiya elmləri namizədi elmi dərəcəsini alıb.
1993-2005-ci illərdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı işləyib.
2005 -2010-cu il illərdə Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olub. O, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilib və Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olub.
2010-cu ildən sonra Gülhüseyn Əhmədov əsasən doğulduğu rayonda kənd təsərrüfatı sahəsində sahibkarlıqla məşğul olub.
Allah rəhmət eləsin!


Şərhlər